Bu məşhur fotoşəklə mütləq daha əvvəllər də rast gəlmisiniz. Az qala çənəsinə qədər uzanmış diliylə bu böyük alimin məşhur şəkli ilə bağlı saysız-hesabsız hekayələr uydurulub. Bəs yaxşı, Albert Eynşteynin bu məşhur fotosunun həqiqi hekayəsi nədir?
"Great News Photos and the Stories Behind Them" ("Məşhur şəkillər və onların arxasındakı həqiqətlər") kitabının müəllifi John Saber bu şəklin hansı şərtlərdə çəkildiyini bizim üçün aydınlatmış oldu.

Einstein 72 yaşını qeyd etdiyi doğum günü şərəfinə verilən ziyafətdə dostları və elm dünyasından olan digər insanlarla birlikdə 14 mart, 1951-ci ildə "Princeton Club"da görüşür. Olduqca çox insanın qatıldığı ziyafətdə həm də çox sayda fotoqraf var idi. Gecənin sonunda alim çox yorulur. Lakin yenə də səbrlə fotoqraflara şəkil çəkmələri üçün imkan yaradır.
Nəhayət ki, dostlarından biri onu evinə aparmağı təklif edir və onlar binadan çıxırlar. Lakin, professor maşına mindikdə, fotoqraf Art Sasse son bir foto çəkə bilmək üçün cəld onlara yaxınlaşır. Sasse bu istəyini mədəni şəkildə Eynşteynə bildirir. Daha sonra olanları Sassenin öz cümlələriylə ifadə etsək: "Eynşteyn arxasını çevirdi və dilini bayıra çıxardı. Mən də onun fotosunu çəkdim".

Fotoşəklin tam versiyası, Fotoqraf: Art Sasse
Qeyd edək ki, foto nəşr edildikdən sonra Eynşteyn ondan 9 nüsxə sifariş etmişdi. Görünür alim özü də bu fotosunu bütün dünya kimi çox sevmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB