Cənub bölgəsində bir çox təsərrüfatlarda qırqovul, bildirçin, qaz və digər quşların nadir növləri bəslənsə də tovuzquşu saxlayanlar çox azdır. SİA-nın Cənub bürosunun məlumatına görə, belələrindən biri də Astara sakini Murad Muradovdur. O, çətin olsa da təsərrüfatında tovuzquşuların sayını 20-yə çatdırmağa nail olub.

Murad Muradov deyir ki, quşçuluğa uşaq yaşlarından marağı olub. Əvvəllər göyərçin, qırqovul və digər quşlar saxlasa da, son illər tovuzquşu təsərrüfatı yaratmağa qərar verib. İran, Türkiyə və Rusiyadan gətirdiyi tovuzquşuları öz həyətində bəsləməklə çoxaldıb.

Tovuzquşuları əsasən günəbaxan toxumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir. Həyətində isə 5 – "qaraqanad", "sadə", "arlikin", "ağ" və "yava tovuzquşu" növləri var. Təbii ki, bu quşların qiyməti də nadir olduqları üçün bahadır və əsasən 1000 manatdan başlayaraq növünə görə dəyişir.

Qiymətlərin baha olması həmin quşların, demək olar ki, bütün növlərinin xaricdən gəlməsi və çətin bəslənmə prosesi ilə bağlıdır.
Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB