Avstraliya alimləri bu qənaətə gəliblər ki, 5 milyon il sonra Yer kürəsində kişilərin sayı kəskin azalacaq. Kişilərə məxsus Y xromosomlarını öyrənən alimlərin fikrincə bu xromosomlar çox kövrək və xarici mənfi təsirlərə qarşı çox həssasdır.
Məsələn, qadınlara məxsus X xromosomlarında mindən çox sağlam gen var. Kişi xromosomlarında genlərin sayı bu qədər olsa da, ötən min il ərzində onlar dağılıb. Hazırda kişilərdə 100-ə yaxın sağlam gen mövcuddur.
Genetiklər hesab edir ki, doğulan oğlan uşaqlarının sayı mərhələli şəkildə azalır. Ana bətnində uşağın cinsiyyətinin formalaşmasında, əgər bu qızdırsa, iki X xromosomu iştirak edir ki, bu da gözəl cinsin nümayəndəsinin doğulma şansını artırır. Lakin kişilərdə bir Y xromosomunun olması genlərin formalaşması zamanı yaranan səhvlərin düzəldilməsinə imkan yaranmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB