Yeni il ərəfəsi Rusiyaya səfər edən turistlər buradan müxtəlif hədiyyələrlə geri qayıdır. Turistlərin Rusiyadan qayıdarkən gətirdiyi hədiyyələr əsasən bu ölkənin milli adət-ənənələri ilə bağlı olur. SİA-nın məlumatına görə, əldə hazırlanan və təbii boyalarla rəngləndirilən şallar və hicablar turistlər tərəfindən ən çox alınan hədiyyələr arasındadır.

"Gjel" adlanan bu qablar da turistlər tərəfindən tez-tez hədiyəlik əşya kimi alınır.

"Lapti" adlandırılan və əldə toxunan bu başmaqlar turistlər arasında çox məşhurdur. Keçmişdə hər kəs tərəfindən istifadə edilən "Lapti" hazırda dekorativ olaraq miniatür olaraq hazırlanır.

Kremlin xəzinəsi hesab edilən "Faberge" yumurtasının oxşarları Moskva bazarlarında satılmaqdadır.

Rusiyadan alına biləcək ən yaxşı hədiyyələrdən biri də samovardır. Klassik Rusiya ədəbiyyatı nümunələrində adına tez-tez rast gəlinən samovar turistlərin diqqəti cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB