"eBay"ın ən qəribə 10 satışı FOTOLAR

"eBay"ın ən qəribə 10 satışı FOTOLAR

20 il əvvəl Pierre Omidyar adlı web dizayner "AuctionWeb" adlı sayt üçün kod yazaraq, qırılmış lazer pointerini internet vasitəsilə auksiyona çıxarır və bundan 14.83 dollar pul qazanır. Bir il sonra isə "AuctionWeb"in bütün satışlarından əldə olunan məbləğ 7.2 milyon dollara çatmışdı. 1997-ci ildə Omidyar "Dürüst və açıq bazar" arzusu ilə "eBay"ı təsis edir. Omidyarın hazırki sərvəti 8.4 milyard dollara çatmaqla yanaşı, "Forbes"ə əsasən dünyanın ən dəyərli 50 markasından birinə sahibdir.

"eBay" onlayn satış platformasında bu günə qədər minlərlə fərqli əşya satılmağa davam edir. Lakin bu platformada vaxtaşırı qəribə hesab ediləcək satışlar da həyata keçirilir. Biz də sizə bu gün məhz həmin satışlar haqqında məlumat verəcəyik.

Həyatın mənası

earth3

ABŞ’ın Şimali Karolina ştatında yaşayan bir gənc həyatın mənasını tapdığını iddia edərək, bunukağıza yazaraq satışa çıxarmış və 3.26 dollara satmağa nail olmuşdu.

Britney Spears’in saqqızı

Britney-Spears

2000-ci ildə Wembley Arenada konsert əsnasında ağzından atdığı saqqız "eBay"da 14 min dollara satılmışdı!

Sevilməyən Brüssel kələmləri

brussels-sprouts-ebay

Dan Allam adlı "eBay" satıcısı boşqabında qalan və yemədiyi Brüssel kələmlərini iki(!) dəfə satdı. Allam kələmləri 99.99 və 34 funt olmaqla ayrı-ayrı sataraq, əldə etdiyi pulu Make a Wish dərnəyinə bəxş etdi.

Nənə

web-grandparents-RF-corbis

İngiltərədə 10 yaşlı nəvə "bezdirən, ancaq sevimli" adı ilə öz nənəsini satışa çıxardı. Hər kəsin xüsusi diqqətinə səbə olan bu auksion "insan alveri"nə icazə verilmədiyi üçün eBay tərəfindən dayandırıldı.

İnsan ciyəri

Ciger

Floridada yaşayan bir nəfər öz ciyərini hərraca çıxardı və qiyməti çox qısa zamanda 5.7 milyon dollara qədər yüksəlsə də, eynilə "nənə satışı" kimi eBay tərəfindən satışı dayandırıldı.

Alnında reklam

epikwn-diastasewn-dimoprasies-sto-ebay-14

Andrew Ficher adlı web dizayner "eBay" vasitəsilə alnını reklam yeri olaraq satışa çıxardı. SnoreStop 37.375 dollar ödəyərək "Ficher" in alnını bir ay ərzində reklam panosu olaraq istifadə etdi.

Xəyali dost

lonely

22 yaşlı Georgia Horrocks psixiatrın məsləhəti ilə xəyali dostundan xilas olmaq üçün "eBay"dan öz "dostunu" satışa çıxardı. Öz "dostu" haqqında qısa məlumat da verən Horrocks, dostunu 99 penniyə satdı. Məhsul da yeni sahibinə poçt əvəzinə "xəyali" olaraq çatdırıldı.

Doğulmamış uşağa ad qoymaq haqqı

babies

Arkansaslı Lavonne Drummond hələ dünyaya gəlməmiş uşağının adını "eBay"dan satışa çıxartmışdı. Hərrac 6.800 dollara bağlansa da ən yüksək təklifi verən adam, məqsədinin sadəcə olaraq yarışı qızışdırmaq olduğunu və ad vermək kimi bir niyyətinin olmadığını demişdi.

Justin Timberlake’in yarımçıq tostu

timberlake-friends-benefits

2000-ci ildə, New York’da reportaj vermək üçün radio studiyasında gedən Justin Timberlake’in səhər yeməyindən yarımçıq qalan tostu radio DJ’lərindən biri tərəfindən eBay’də satışa qoyuldu. Justin Timberlake fanatı 19 yaşlı gənc bunu 1.025 dollara almışdı.

Bəkarət

wanemarriage

18 yaşlı britaniyalı qız öz bəkarətini "eBay" üzərindən satışa çıxarmışdı. Bir iş adamı həmin qızın bütün universitet xərclərini qarşılamaq şərtilə, bəkarətinə sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə