Universitet tələbəsi gözdən əlil şəxslər üçün "ağıllı əlcək" icad edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Anadolu Universitetinin Mühəndislik fakültəsinin Elektrik və Elektronik Mühəndislik bölməsində təhsil alan Ərhan Akan gözdən əlil şəxslər üçün "ağıllı əlcək" icad edib.
Belə ki, gözdən əlil şəxslər bu əlcəklərdən istifadə edərkən əllərini kompyuterin klaviaturası kimi hiss edəcəklər. Sadəcə barmaqlarını və əllərini tərpətməklə kompyuterin ekranında istədikləri yazını yaza biləcəklər.
Əlcəyin özünə məxsus işarə dili mövcuddur. Bununla da gözdən əlil şəxslər kodlaşdırılmış hərflər vasitəsilə sadəcə barmaqlarını tərpətməklə istədikləri yazını kompyuterdə yaza biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB