İspaniyada Milad bayramı münasibətiylə keçirilən ənənəvi "El Qordo" lotereya oyununnun mükafatçılarından biri də Enqayn adlı mühacir olub. 2007-ci ildə Seneqaldan İspaniyaya gələn sözügedən şəxs lotoreyadan 500 min dollar udub. Maraqlısı budur ki, o cibindəki son bir neçə avrosundan keçərək bilet alıb. Nəticədə bəxt qaçqının üzünə gülüb. Enqaynın indi bir arzusu var, ailə üzvlərini də İspaniyaya gətirmək və onlarla birgə yaşamaq.
Qeyd edək ki, "El Qordo" loterayasının bu ilki uduş fondu 2,5 milyard dollar olub. Qaydalara görə, bir biletin maksimum uduş məbləği 4 milyon dollar ola bilər. İspancadan tərcümədə "Kök insan"mənasını verən "El Qodro" lotereya oyunu ilk dəfə 1812-ci iləd keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB