“Kurtlar Vadisi Pusu"da toy olacaq

Reytinq rekordları qıran "Kurtlar Vadisi Pusu" serialının əsas obrazlarından olan Güllü Erhan evlənir. SİA-nın məlumatına görə, oynadığı obrazla eyni adı daşıyan aktyor Erhan Ufak bir müddətdir birlikdə olduğu nişanlısı makler Sürəyya Kulla ailə həyatı qurur.

Aktyor Sürəyya Kul ilə sabah nikaha daxil olacaq. Aktyorun nikah şahidi isə rol yoldaşı Necati Şaşmaz (Polat Alemdar) olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə