Toy karvanında yol boyu avtomatdan və tapançadan açılan güllə səsləri eşidilib
Sosial şəbəkələrdə Çeçenistanda baş tutan toydakı avtomobil karvanının videosu yayılıb. Toy karvanını yol polisi müşayiət edib. Karvanda 100-dən artıq avtomobilin olduğu bildirilir.
Məlumata görə, tanınmış avtoritetlərdən birinin toyunda bu qədər avtomobilin olması onun bütün MDB məkanından dostlarının və oğru dünyasının nüfuzlu şəxslərinin toya qatılması ilə bağlıdır. Təhlükəsizliklə əlaqədar olaraq çeçen polislər də toy karvanına qatılmalı olublar. Çeçenlər bu videonu "sadə çeçen toyu" adı ilə sosial şəbəkələrdə yaysalar da, burada sadə heç nə yoxdur.
Toy karvanında yol boyu avtomatdan və tapançadan açılan güllə səsləri eşidilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB