Dünyada sürücüsüz avtomobil layihələrinin inkişaf etməyə başladığı bir vaxtda Çində insan beyninin gücü ilə çalışan avtomobil yaradılıb. Çinin Tianjin şəhərindəki Nankai Universitetinin tədqiqatçıları beyin dalğaları ilə komanda verilən avtomobil hazırlayıblar. Avtomobil beyindən gələn dalğalarla hərəkət edir, dayanır, geri gedir, qapıları kilidləyir, açır və s. Avtomobilin insan beynindən gələn komandaları qəbul edə bilməsi üçün sürücünün üzərində 16 sensor quraşdırılır. Bu sensorlar sürücünün beynindəki elektroensefaloqrafik siqnalları tutur, oradakı mesajları simsiz şəbəkə vasitəsilə avtomobilə çatdırır.
Hazırda prototip mərhələsində olan layihənin kütləvi istifadə üçün nə vaxt reallaşacağı bəlli deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB