Bizi xərçəngdən qoruyan tərəvəz

Bizi xərçəngdən qoruyan tərəvəz

C vitamininin əsl mənbəyi olan gül kələmi eyni zamanda B5, B6 vitamini, kalium, maqneziyum və omeqa-3 yağ turşularının mənbəyidir. Tərkibi yüksək miqdarda liflə zəngindir və kalori miqdarı azdır. 100 qr-da 27 kalori var. Prostat, kolorektal və ağciyər xərçənginin yaranma riskini azaldır.

Gül kələmi bişirdikdə tərkibində olan folat maddəsinin 20%-i azalır. Xüsusilə tərkibindəki sulfoporan maddəsi və izotiyosiyanat sayəsində qaraciyərin işini rahatlaşdırır və turşu maddələri orqanizmdən xaric edir. Ürək iflici riskini azaldır. Gül kələm yemək şəkər xəstəliyinin ürək-qan damar sisteminə ziyan vurmasının qarşısını ala bilər.

Bu tərəvəzdə tapılmış "sulforafan" adlı birləşmə damarları qoruyan fermentlər yaradır və hüceyrələrə zərər vuran molekulları azaldır. Diabetli xəstələrdə ürək xəstəlikləri riski adi insanlara nisbətən beş dəfə artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə