Ümumdünya Səhiyyə Təşkilatı vahimə yaradan daha bir hesabat açıqlayıb. Parisdə baş tutan İqlim Konfransına diqqət çəkən həkimlər bəyan edib ki, liderlər qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Əks halda, 15 ildən sonra dünya qlobal istiləşmə nəticəsində yaranacaq yeni ölümcül viruslarla üz-üzə qalacaq. Bu da hər il yüz minlərlə insanın qorxulu xəstəliklərə düçar olması anlamına gəlir.
Həkimlər bəyan edib ki, xəstəliklərin iqlim dəyişilikləri ilə həssas bağlantısı var. Bunu müəyyən etmək üçün 1992-ci ildən bəri sürətlə dəyişməyə başlayan iqlim xəritəsinə və xəstəliklərin sayına baxmaq kifayətdir. Alimlərin sözlərinə görə, qlobal istiləşmə nəticəsində dünya miqyasında dəniz səviyyəsi yüksəlir və bu da şirin su qaynalarının çirklənməsinə gətirib çıxaırır.
Qeyd olunur ki, problemlərin qarşısı alınmasa, sirin su hövzələrinin çirklənməsi nəticəsində ilk olaraq Banqladeş və Seneqalda yeni dəhşətli xəstəliklər baş qaldıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB