Uşaq dünyaya gələndə valideynlər ilk növbədə hansı adı verəcəkləri barədə fikirləşirlər.
Rusiyanın paytaxtı Moskvada yeni doğulan körpəyə ad seçən valideynlər, deyəsən çox fikirləşməli olmayıblar. Onlar qız uşaqlarına "Suriya"adı veriblər.
Körpəyə bu adın seçilməsi isə heç də təsadüfi deyil. Balacanın atasının hazırda məhz həmin Yaxın Şərq ölkəsində xidməti ezamiyyətdə olduğu bildirilir. Rusiya ilə yanaşı, dünya mətbuatında da maraq və təəccübə səbəb olan hadisəyə, hələki balaca Suriyanın valideynlərindən heç bir münasibət bildirilməyib.
Qeyd edək ki, uşaqlara coğrafi məkan adı verilməsi halına Moskvada ilk dəfə rast gəlinmir. Məsələn hazırda Moskvada, iki Rusiya adında uşaq yaşayır. Bundan başqa, yeni doğulan körpələrə Vizantiya, Hindistan, Russiana, Çelsi, Maksim-Moskva, Nikolay-Nikita-Nil, Arxip-Ural, Sevastopol və Monino-Nikita adları da qoyulub.




USD
EUR
GBP
RUB