Yeni aparılan araşdırmalar göyərçinlərin qeyri-adi xüsusiyyətlərini ortaya çıxarıb. Elm adamları göyərçinlərin xərçəng xəstələrini tanıdıqlarını müəyyənləşdirib. Kaliforniya Universitetinin professorlarının apardığı araşdırma zamanı 8 göyərçinə həkimlərin sadəcə mikroskop vasitəsilə görə bildikləri xərçəngli və sağlam hüceyrələr göstərilib. 15 gün davam edən dərslərdən sonra göyərçinlər iki hüceyrə arasındakı fərqi müəyyənləşdirə biliblər. Onların qoyduqları diaqnozların 85 faizi doğru çıxıb. Quşların görmə qabiliyyətlərinin insanlardan daha çox inkişaf etdiyini, onların hətta ultrabənövşəyi şüaları da görə bildiklərini deyən alimlər gələcəkdə xərçəng xəstələrinə erkən diaqnozun qoyulmasında göyərçinlərdən faydalana biləcəklərini vurğulayıblar.




USD
EUR
GBP
RUB