Sağlam və uzunömürlü olmaq istəyirsiniz? Bunun üçün həkimə getmək yox, ilan şərabı içmək kifayət edir.Hər halda Vyetnamlılar belə düşünür.
Vyetnamda istehsal edilən bu içkilər, insanların diqqətini çəkib. Hətta Vyetnamlılar bu yolla gəlirlərini daha da artırmağa müvəffəq olublar. Şərabların istehsalı zamanı kobra ilanlarından daha çox istifadə olunur. Xüsusi olaraq seçilmiş bu ilanlar, spirt nisbəti yüksək olan şərabın içinə qoyulur. Təbii ki, ilk olaraq onlar zəhərdən tamami ilə təmizlənir.İstəyə uyğun olaraq şəraba əqrəb də əlavə olunur. Bu isə şərabın dadını da ləzzətli edir.Yerli sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olan bu şərabların faydasını isə saymaqla bitmir. Belə ki, ilan şərabı saç tökülməsinin qarşısını alır, ürək və qan dövranını yaxşılaşdırır, təzyiqi normallaşdırır. Bir sözlə, qorxmursunuzsa dadmağa dəyər.




USD
EUR
GBP
RUB