25 yaşlı qız qabırğasını çıxartdırdı FOTOLAR

25 yaşlı qız qabırğasını çıxartdırdı FOTOLAR

İsveçli Piksi Foks inanılmaz dərəcədə incə beli, böyük sinəsi və oyuncaq uşaq kimi siması ilə cizgi film qəhrəmanlarına bənzədilir. O, belə görünmək üçün 119 min dollar xərcləyib. İsveçdə elektrik ustası kimi işləyən 25 yaşlı qız özünü kəşf etmək üçün ABŞ-a köçür. Şimali Karolinada yaşayan Foksun xəyalındakı cizgi film obrazı isə "Jessica Rabbit"dir.

"İnstagram"da 70 min təqibçisi olan Piksi bu bədənə sahib olmaq üçün çox çətin və təlükəli əməliyyatlar keçirib: 6 qabırğasını çıxartdırıb, burnunu kəsdirib, gözlərini daha böyük göstərmək üçün iki dəfə əməliyyat masasına yatıb, ombalarına "braziliya üsulu" silikon qoydurub, sinəsinə 4 dəfə silikon qoydurub.

O, artıq həkim tapmaqda çətinlik çəkdiyini, həkimlərin ona "dəli" kimi davrandığını deyib. Amma nə istədiyini çox yaxşı bildiyini söyləyən gənc qadının arzusu "dünyanın ən incə belli qadını" olmaqdır.

SİA sözügedən xanımın fotolarını tıqdim edir:





Bütün xəbərlər Facebook səhifəmizdə