15 ildir puldan imtina edən şəxs VİDEO

15 ildir puldan imtina edən şəxs VİDEO

ABŞ-ın Yuta ştatının Moab bölgəsinin yaxınlığında, kiçik bir mağara var. Bu mağarada Daniel Shellabarger adlı şəxs yaşayır. Bu insanı digərlərindən fərqləndirən əsas xüsusiyyət, illərdir pulsuz həyat sürməsidir.

54 yaşlı Daniel Shellabarger artıq 15 ildir ki, puldan imtina edib. Mağaraya köçüb orada yaşamağa başlayan Daniel yediklərini özü becərir, odun sobası yandırır, elektrik əvəzinə Günəş batereyalarından istifadə edir. Paltarı soyuq suda yuyan bu şəxs, kimyəvi maddə yerinə təbii bitkilərdən hazırladığı yuyucu vasitələrdən istifadə edir. Daniel nəinki puldan hətta televizordan, telefondan, internetdən də imtina edib.

Bir sözlə Daniel Shellabarger müasir insanların kitablardan oxuyub, filmlərdə gördüyü orta əsr insanının həyat tərzini yaşayır. Onun bu seçimini anlamayıb qınasalar da, haqq qazandıranların da sayı az deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə