Ölümcül riskli əyləncə - Köynəyindən kobra çıxardı VİDEO-FOTO

Ölümcül riskli əyləncə - Köynəyindən kobra çıxardı VİDEO-FOTO

Səudiyyə Ərəbistanının polisi yolda ölümcül riskli "əyləncə" ilə məşğul olmuş iki gənci axtarır. Gənclərdən biri sükan arxasında olarkən arxada əyləşmiş gənc əlini uzadaraq sürücünün köynəyindən kobra ilanını dartaraq çıxarmağa başlayıb. İlan qıvrıldıqca sürücü gülürdü.

Onlar bu videonu sosial şəbəkələrdə yaymaq, necə cəsur və qorxmaz olduqlarını göstərmək üçün çəkdiklərini deyiblər.

Səudiyyə Ərəbistanında sürücülərin belə "macəra"ları yol-nəqliyyat qəzaları statistikasını çox yüksək səviyyədə saxlayır. Ölkədə hər dəqiqə qəza baş verir, sutkada 17 nəfər belə qəzalarda həlak olur.

Bütün xəbərlər Facebook səhifəmizdə