İnsan yaşa dolduqca dəri öz elastikliliyini, yağlılığını itirir. Ciddi şəkildə dəri quruluğundan şikayət edən insanlar müəyyən nəmləndirici krem, lasyonlar və s vasitələrlə bunun qarşısını almağa çalışır. Amma bu artıq ağır vəziyyət alıbsa mütləq dəri həkiminə müracəit etməyiniz məsləhət görülür.
Oxuculara quru dəri ilə mübarizə yollarını təqdim edirik.
Dərsində quruluq müşahidə edən insanlar ilk növbədə hər dəfə duş qəbul etdikdən sonra mütləq şəkildə bədən lasyonundan və bədən yağından istifadə etməlidir. Duş əsnasında hər kəsə öz bədəninin pH dəyərinə uyğun olan gellərdən və sabunlardan istifadəsi məsləhətdir.
Yetkinlik yaşlarında sızanaqların çox çıxması ilə əlaqədar, qol və ayaqlarınızda istənilən nəmləndirici krem istifadə etdiyiniz halda, üz dərisində bir qədər diqqətli davranmaq gərəkdir. Bunun üçün üzü yağ tərkibi olmayan, üzdəki məsamələri qapamayan vasitlərə müraciət etməyiniz məsləhətdir.
Bunun üçün çay ağacı yağını sınaya bilərsiniz. Çay ağacı yağı üz dərisi problemlərində əsasən quru dəri ilə mübarizədə sıx-sıx istifadə olunur. Eyni zamanda sızanaqlara qarşıda effektli vasitə hesab olunur. Yağı dərinizin zərər görmüş hisslərinə çəkə bilərsiniz.
Yetkinlik yaşına çatmış insanların dəri quruluğu ilə mübarizədə vazelin və bu tipdə vasitlərdən istifadə etməsi məqsədəuyğundur.
İstifadə etdiyiniz nəmləndirici vasitələrin içində omega3, omega6, Pentenol, E vitamini kimi maddələrin olmasına xüsusi fikir verin.
Bu asan ev şəraitində hazırlaya biləcəyiniz maskanı üz dərisi yağlı olanlar istifadə edə bilərlər.
Lazım olanlar:
1 yumurtanın ağı
20-25 q maya
Hazırlama qaydası:
Hazırlamaq üçün bu iki məhsulu qarışdırmağınız yetər. Qarışımı üz dərinizə çəkin və 15 dəqiqədən sonra isti su ilə yuyun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB