Dünyanın ən iri əzələsinə malik azərbaycanlı VİDEO

Bədən nümayiş etdirən bu şəxs 17 dəfə bodibildinq üzrə Azərbaycan çempionudur. "Azərbaycan bodibildinq və fitnes federasiyası"nın məşqçisi 2008-ci ildə Beynəlxalq Bodibilding Federasiyasının müəyənləşdirdiyi reytinq cədvəlinə görə dünyada 3-cü olub. İdmaçımızın hesabında həmçinin Dünya, Avropa və Zaqafqaziya çempionu titulları var.

Adətən əcnəbi idmançılarda görməyə adət etdiyimiz bədən quruluşuna sahib olan Vüqar Verdiyev, bu idman növünə ölkəmizdə marağın yetərincə olduğunu deyir.İdmançı hesab edir ki, düzgün bədən quruluşuna sahib olmaq üçün, düzgün təlim və məşq prosesi keçmək lazımdır. 20 ildir cəlbedici bədən formaları nümayiş etdirən idmançımız, gənc bodibilderlər üçün uğur formulunu açıqlayır.

Qəhrəmanımızın daşıdığı iri əzələ kütləsi onu sadə insanlardan fərqləndirsədə, cəmiyyətdə özünü hamı ilə eyni imkanlara sahib olan biri kimi hiss edir… Dostları bəzən onu "şokolad" adlandırır. Bunun da məntiqi səbəbi var.

Bütün xəbərlər Facebook səhifəmizdə