Övladları ilə çox vaxt keçirən 12 məşhur ata - FOTOLAR

Övladları ilə çox vaxt keçirən 12 məşhur ata - FOTOLAR

Justin Timberlik və oğlu Sayls

Məşhur müğənni Justin Timberlik həyat yoldaşı Jessica Bieldən ən qiymətli hədiyyə alıb. Müğənni atalıq haqqında təəssüratlarını belə bölüşüb: "Bu, mənim başıma gələn ən çılğın bir hiss, gözəl və inanılmaz bir duyğudur"

David Beckham və qızı Harper

Reklam kampaniyalarının ulduzu və sözün əsl mənasında modabaz futbolcu David Beckham həmişə nümunəvi bir ata olub. Üç oğlundan sonra (Bruklin, Romeo və Kruz) dünyaya gələn qızı körpə Harper valideynləri üçün əsl sevinc idi.

Orlando Bloom və oğlu Flinn

Aktyor Orlando Bloom model olan həyat yoldaşı Miranda Kerrdən ayrılmasına baxmayaraq, oğlu ilə dostluq olan münasibətlərini qoruyur və zamanının çox hissəsini oğluna sərf edir.

Jerar Pike və oğulları Milan və Saşa

"Barselona" futbol klubunun müdafiəçisi Jerar Pike həyat yoldaşı kimi və ona iki oğul verən gözəl müğənni Shakiranı seçib.

Bred Pitt qızı Şaylo ilə...

Çoxuşaq atası olan Bred Pitt həmişə uşaqları ilə daha çox vaxt keçriməyə çalışır. 6 uşağa sahib olan Angelina Jolie və Bred Pitt övladları ilə səyahət etməklə bərabər, onlara səhər yeməyi hazırlayır hətta məktəb də aparırlar, Aktyor dəfələrlə etiraf edib ki, onun üçün həyatında əsas uşaqlarıdır.

Cim Kerri qızı Ceyn ilə...

İstedadlı aktyor Cim Kerri həyat yoldaşından ayrılmasına baxmayaraq, həmişə qızı üçün yaxşı bir ata olmağa çalışıb. Bu fotonun çəkilişindən isə uzun illər keçib. (1991)

Bryus Uillis və qızı Meybel Rey

3 gənc qız atası olan Bryus Uillis 59 yaşında daha bir qız atası olub. Aktrisa Demi Moordan ayrıldıqdan sonra ikinci dəfə model Emma Heminq ilə ailə həyatı quran aktyorun iki qızı övladı dünyaya gəlib.

Sergey Jukov ailəsi ilə...

Bir zamanlar məşhur olan "Əllər yuxarı!" qrupunun solisti Sergey Jukov, həyat yoldaşı Rehina ilə birlikdə üç övladı yetişdirir. Həmçinin ilk nigahından olan böyük qızı ilə də çox vaxt keçirir.

Kim Jiqande və qızı Everli Rey

Amerikalı aktyor Kem Jiqande məşhur "Alatoranlıq" filmində rol almaqla bərabər, həm də ailə qurmaqda uğura imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə