Dünya tarixində ən böyük ikinci almaz tapılıb

Dünya tarixində ən böyük ikinci almaz tapılıb

Botsvanada Kanadanın "Lucara Diamond" kompaniyasına məxsus "Karowe" mədənində dünya tarixində ən böyük almazlardan biri tapılıb. AC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 1111 karat ağırlığa malik zərgərlik keyfiyyətli şəffaf daş iriliyinə görə yalnız əfsanəvi "Cullinan" almazından geri qalır.

Ölçüsü tennis topundan azacıq kiçik olan almaz "IIa" tipinə aid edilir. Artıq 100 ildən çoxdur ki, təbiətdə belə ölçüdə almaza rast gəlinmirdi.

Xatırladaq ki, çəkisi 3106 karat olan "Cullinan" almazı 1905-ci ildə Cənubi Afrika Respublikasında tapılmışdı. Onun qiyməti 2 milyard dollar həcmində dəyərləndirilsə də, heç bir zaman satışa qoyulmayıb. "Cullinan" Böyük Britaniya kralı VII Eduarda hədiyyə ediləndən sonra 9 iri və 96 kiçik brilyanta bölünüb. Onların ən iriləri Britaniya tacını bəzəyir.

1893-cü ildə Cənubi Afrika Respublikasının ərazisində tapılan almaz uzun illər ərzində həcminə görə ikinci sayılırdı. Onun çəkisi 995,2 karat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə