2015 ci ildə Mars haqqında yeni məlumatlar eşitdik. Qısa olaraq yadımıza salaq ki, Marsda su tapılması və bundan əlavə Mars-da illər öncə atmosferin olması və onun necə yox olması kimi xəbərləri oxuduq. Mars-da çəkilən qaya görüntüləri planeti yenə gündəmə gətirdi.
NASA-nın Mars-da çəkdiyi görüntülər əvvəla NASA-da incələnir. Bu görüntülər incələdikdən sonra paylaşılır. Bu tip paylaşımlar ilkin olaraq NASA-nın rəsmi saytında baş tutur. Bu tip qeyri adi mövzulara böyük həvəsi olan "UFO Sightings Daily" adlı blog, sözü gedən görüntüləri incələdikdən sonra insan simasını əks etdirən heykəl tapıb. "UFO Sightings Daily" bu görüntünü tapdıqdan sonra bütün mətbuata bu haqda məlumat verdi.
"UFO Sightings Daily" rəsmiləri, bu görüntünü qədim Mesopotamiya tikililərinə bənzədir. Dəqiq olaraq desək Qədim Babil möhüründə təsvir olunmuş baş tanrı Mərduk-a bənzədilir. Qeyd edək ki, Mesopotamiya Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biridir.
NASA-nın paylaşdığı bir şəkil, bir çoxlarının diqqətini cəlb etdi. Qısa müddət içərisində bir çox adamın diqqətini çəkən bu görüntü, həqiqətən də insan üzünü çox xatırladır. Təbii ki bu, orada yaşamış olan insanların daşlaşmış üzü kimi bir şey ola bilməz ancaq görüntüyə diqqətlə baxdıqda bu üz siması, tarixdə illər öncə yaşamış olan mədəniyyətlərin etdiyi heykəllərə bənzəyir. Daşın (və ya heykəlin) saqqalının da olması, onun insan quruluşu ola bilməsi ehtimalını artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə






USD
EUR
GBP
RUB