1993-cü ildə çəkilən bu foto həmin fotonu çəkən müxbirin intihar etməsi ilə nəticələndi.

SİA sizə "Foto Fraqman" layihəsi çərçivəsində növbəti fotonu təqdim edir. Bu fota bəlkə də bütün dünya üzrə aclıqla mübarizə aparan millətlərin və bu aclıqdan əziyyət çəkən kiçik yaşlı uşaqların faciəsini əks etdirirdi.
Foto bu gün də öz aktuallığını qoruyub saxlayır və bu gün də bir çox afrikalı uşaq aclıqdan zəif düşdüyünə görə həlak olur. Bu gün sadəcə Afrika ölkələrində deyil, digər ölkələrdə də insanlar aclıqdan əziyyət çəkir.
Şəkilin müəllifi olan fotomüxbir Kevın Karterin həyatı isə elə məhz bu foto ilə sona çatır.
Kevın Karter kim idi?

Kevın Karter əslən amerikalı fotomüxbir və professional fotoqraf idi. O, 1960-cı il sentyabrın 13-də Cənubi Afrika Respublikasında anadan olmuşdu. Gənc yaşlarından fotomüxbirliyə başlayan Karter Afrikadakı həyatı, irqi ayrı-seçkiliyi və vəhşiliyi əks etdirən "Bang-Bang" foto klubunun ən fəal üzvlərindən biri idi.
1993-cü ildə çəkdiyi bu foto onu kariyerasının ən yüksək zirvəsinə qaldırır, lakin elə onun həyatı da bu zirvədə sona çatır.
Karter bu fotoya görə jurnalistika aləmində ən nüfuzlu mükafat hesab olunan "Pulitser" mükafatını layiq görülür.
Belə ki, bu fotoda aclıqdan zəif düşmüş və artıq ölüm ayağında olan balaca bir qız və onun yaxınlığında dayanan leşyeyən quş əks olunub. Karterin də şərh etdiyi kimi, fotodakı leşyeyən bir neçə dəfə qızın başının üstündə dövrə vurduqdan sonra onun yanında durur və səbirlə ölməsini gözləyir. Balaca qızın isə yaxınlıqda yerləşən BMT-nin yardım düşərgəsinə getmək istədiyi ehtimal olunur.
Kevın Karter bu fotonu çəkdikdən sonra leşyeyən quş oradan uzaqlaşır. Karter isə həmin yeri tərk edir və balaca qız oradaca can verir.
Foto bir müddətdən sonra Kevına jurnalistika aləmində ən nüfuzlu mükafat hesab olunan "Pulitser" mükafatını qazandırır. Lakin Kevın canını qınaq obyekti olmaqdan qurtara bilmir. Hər kəs onu balaca qıza kömək etmədiyinə və onu düşərgəyə çatdırmadığına görə qınayır və tənqid edirdi. Kevın isə özünü bu sözlərlə müdafiə edir: "Mən köməkçi vəzifəsini daşımıram, mən sadəcə professional fotoqrafam. Mənim vəzifəm bundan ibarətdir".
Kevının bu hərəkətini o vaxtlar bəlkə də anlamaq da olardı. Çünki həmin vaxtlar yoluxucu xəstəliklərə görə bir çox jurnalist və fotoqraf buradakı insanlara toxunmamaqla bağlı tənbeh edilirdi. Lakin yenə də Kevına ünvanlanan tənqidlərin ardı kəsilmirdi və günü-gündən kəskinləşirdi.
Foto o zaman bir çox yardım fondlarına böyük məbləğdə pul gətirir. Hətta dünyanın bir çox yerindən Afrikada yaşayan bu insanlara yardım etmək istəyən şəxslərin sayı artır.
Lakin Kevın onu hər an narahat edən vicdanının səsi ilə tək qalmışdı və artıq kənar aləm onu maraqlandırmırdı. Bir müddət sonra Kevın artıq tamamilə ətrafdan təcrid olunur və 1994-cü il 27 iyulda öz avtomobilində musiqiyə qulaq asaraq intihar edir.
Bəlkə də Kevın haqlı idi. O, həqiqətən də köməkçi vəzifəsini daşımırdı. Kevın sadəcə professional fotoqraf idi və onun vəzifəsi acı da olsa həqiqəti göstərmək idi. Əgər vaxtında özünü köməkçi adlandıran şəxslər həmin balaca qıza kömək edə bilsəydi, bəlkə də o, bu cür ölməyəcəkdi. Bəlkə də Kevın qızı yardım düşərgəsinə aparsaydı belə heç kəs onu xilas edə bilməyəcəkdi. Çünki hər şey üçün çox gec idi. Ən əsası isə bu foto çəkilməyəcəkdi. Bəlkə də daha çox uşaq aclıqdan öləcəkdi və dünya bu acı həqiqəti görməyəcəkdi.
Lakin, bəlkə də Kevın haqlı deyildi. Çünki, Kevın professional fotoqraf olmaqla yanaşı, həm də bir insan idi.

Kevın Karter, Sudan 1993
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB