Türkiyədə özlərini polis kimi təqdim edib suriyalılara məxsus iş yerinə hücum edib 258 min 51 manat oğurlayan şəxslər tutulub. Onlar soyğun zamanı oyuncaq tapançalardan istifadə ediblər. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, hadisə İstanbulun Fatih massivində qeydə alınıb. Suriyalılara məxsus bir iş yerinə gedən 4 nəfər özlərinin polis olduğunu deyərək "ratsiya" və oyuncaq silah göstərərək özlərinin polis olduqlarını deyiblər.
Daha sonra şirkət işçilərinin sıraya düzülməsini tapşıran dələduzlar vətəndaşların onların hiyləsinə aldandığını görərək işçilərdən 710 min türk lirəsini (258 min 511 manat) alaraq ərazidən qaçıblar. Onların qapıdan çıxaraq qaçdıqlarını görən şirkət əməkdaşları "oğru var" deyə qışqırmağa başlayıblar. Dərhal əraziyə gələn hüquq-mühafizə orqanları qaçan şəxslərdən birini yaxalayıblar.
Tutulan şəxsin kimliyi müəyyənləşdirilən zaman onun 2013-cü ildə özünü polis kimi təqdim edərək qəsbkarlıq etdiyi, narkotik ticarəti başda olmaqla daha 20 cinayəti olduğu müəyyən edilib.
Həmin şəxslərin etdiyi dələduzluq faktı kameralara düşdüyü üçün onların kimliyini müəyyən etmək mümkün olub. Eyni vaxtda onların evlərinə edilən basqınlar nəticəsində qalan 3 nəfər də saxlanaraq istintaqa cəlb edilib. Onların evlərinə baxış zamanı suriyalılardan taladıqları pul, biri həqiqi silah olmaqla 2 tapança, 1 ədəd "ratsiya" və narkotik vasitə aşkar edilərək götürülüb. Onların digər oyuncaq tapançanı isə qaçarkən itirdikləri məlum olub. Polis şöbəsində aparılan araşdırmalar nəticəsində saxlanılan şəxslərin daha 53 cinayət törətdikləri məlum olub.
Oktyabr ayının 20-də də Avstraliya vətəndaşı olan bir gənc oyuncaq tapançadan istifadə edərək bank yarıb.
Bu oğurluğun məqsədi, gənc oğrunun özünə təyyarə bileti almaq üçün pulunun olmaması olub.
Oğurluq isə çox sadə və ənənəvi qaydada həyata keçirilib. Oğlan əlində oyuncaq tapança tutaraq banka daxil olub və tapançanı başqa insanların gözü qarşısında kassirə tuşlayıb.
Təşvişə düşən kassir tələsik halda oğruya 170 min bat verib ki, bu da təxminən, 4800 ABŞ dolları edir. Pulu əldə edən oğru dərhal bankı tərk edərək qaçmağa başlayıb. Amma o, elə də uzağa gedə bilməyib, bir neçə dəqiqə sonra polislər tərəfindən yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB