"Feng-Shui" fəlsəfəsinə görə bolluq, bərəkət və firavanlıq rəmzi portağalın faydalarını bilirsinizmi?
Başda C vitamini olmaqla, A, B, C, D və E vitaminlərini ehtiva edən portağalın faydaları saymaqla bitmir. Xüsusilə qış aylarında portağalın faydası əvəzsizdir.
Portağal yüksək lif məzmununa malik olduğu üçün həzm sistemimiz baxımından böyük əhəmiyyətə malikdir. Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq üçün müdafiə qalasıdır. Hər gün bir dənə yediyiniz zaman sizi xəstəliklərdən qoruduğu kimi bədəninizdəki toksinləri də atmağınıza yardım edər. Qabığını qurudub bitki çayı şəklində də rahat istifadə edə bilərsininiz.
Portağalın faydaları:
Böyrək daşlarının tökülməsində təsirli olan portağal, əsəblərinizi da gücləndirir. Erkən yaşda qocalmağınıza mane olur. Dərini təzələyir, qüsursuzluq verir. Yüksək təzyiqi və xolestrolu salır.
Unudulmaması lazım olan məqam: Portağalı çox yedikdə, tərkibində olan şəkər miqdarı çox olduğundan zərər verə bilər. Eyni zamanda qaraciyərin yağlanmasına səbəb olar. Təzə portağal yeyərkən də diqqətli olmalısınız.
Şirniyyatlar və mürəbbələr də istifadə etdiyiniz kimi, portağaldan meyvə salat hazırlayarkən də istifadə edə bilərsiniz. Günə başlayarkən portağal şirəsi qəbul etmək isə insanı gün ərzində enerjili saxlayır. Qabığını rəndələyərək tort, biskvit hazırlayarkən içlik kimi istifadə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB