SİA sizə "Foto Fraqman" layihəsi çərçivəsində növbəti fotonu təqdim edir. 1985-ci ildə "National Geographic" jurnalının iyun nömrəsinin üz qabığına düşən bu foto "Əfqan qızı" adı ilə tarixə keçib.
Şəkildə diqqəti çəkən ilk şey qızın iri, yaşıl gözləri və kəskin baxışlarıdır.
.jpg)
Hər fota özündə həmin anın xüsusi xarakteristikasını daşıdığı kimi, bu foto da çəkildiyi dövrün xüsusi cizgilərini daşıyırdı.
Foto Əfqanıstanda Sovet İmperiyası müharibəsi illərində çəkilib. Şəkildəki qızın əsl adı Şarbat Quladır. Foto çəkilən zaman onun cəmi 13 yaşı olub. Lakin 13 yaşındakı bu qızın gözlərində sevinci əks etdirən parıltı artıq çoxdan yox olmuşdu.
Belə ki, 1980-ci illərdə baş vermiş müharibədən böyük əziyyət çəkmiş bu balaca qızın fotosu jurnala üz qabığı olduğu illərdə bütün əfqanıstanlıların və qaçqınların simvoluna çevrilir. Foto uzun illər boyu böyük müzakirələrə səbəb olur və bir çox insanı müharibə haqqında düşünməyə vadar edir.
Sovet ordusu ilə Əfqanıstan arasında gedən müharibə nəticəsində valideynlərini itirən Qula qaçqın düşərgəsində yaşamağa məcbur qalır. Qaçqınların çəkdiyi böyük əziyyətlərə şahid olan fotomüxbir Stiv Makkörli 1984 ildə Qulanın şəklini çəkir. Şəkil 1985-ci ildə jurnalın üz qabığı olur.
.jpg)
Bundan sonra Makkörli 15 il ərzində Quladan heç bir xəbər ala bilmir. Heç kim onun harada olduğu bilmir. 2001-ci ildə Əfqanıstanda Taliban rejimi devrilir və bundan sonra Stiv üçün Qulanı axtarmaq daha asan olur. O, Qulanı tapmaq üçün 2002-ci ildə Əfqanıstana yollanır. Qulanın keçmişdə yaşadığı qaçqın düşərgəsinə gedir və qızın qardaşını tanıyan bir adama rast gəlir. Onun verdiyi məlumatına görə Qula 1992-ci ildə düşərgəni tərk edərək öz ölkəsinə qayıdıb. Uzun axtarışların sonunda Makkörli "əfqan qızı"nı Əfqanıstanın ucqar bir bölgəsində tapır. Məlum olur ki, 80-ci illərin sonunda ailə həyatı quran Qulanın artıq 3 övladı var.
.jpg)
(1).jpg)

2002-ci ildə Qulanın bütün həyat hekayəsi "National Geographic"in aprel nömrəsində yayımlanır. "Əfqan qızı" müəyyən dərəcədə yaşlaşmış və dəyişmişdi lakin dəyişməyən bir şey qalmışdı: "Əfqan qızı"nın yaşıl, iri gözləri və kəskin baxışları...
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB