Bu il elektrikli avtomobillərin satışında dünya üzrə artım müşahidə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata hörə, elektrikli avtomobillərin satışı 2014-cü ilə nisbətən bu il 9.3 faiz artıb və 254 min avtomobili keçib.
Keçən il 231 min 899 elektrikli avtomobil satılıb, bu ilin sonunadək isə bu rəqəm 9.3 faiz artaraq 253 min 599-a çatıb.
Ən çox elektrikli avtomobil satılan ölkə isə ABŞ olub. ABŞ-da keçən ilin ilk rübündə 14 min 799 avtomobil satılıb. Bu ilin ilk rübündə isə bu sayı 14 min 832 çatıb.
Eyni zamanda Çində də elektrikli avtomobillərin satışında ciddi artım müşahidə olunub. 2015-ci ilin ilk rübündə 12 min 555 avtomobil satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB