Dan Buetner 2012-ci ildə dünya səyahətinə çıxaraq filosof və həkimlərin bu günə qədər bəlkə də tapmaqda ən çox çətinlik çəkdiyi bir suala cavab tapmağa çalışıb. Onun cavab tapmaq istədiyi sual bu idi: "Niyə dünyanın bəzi yerlərində insanlar daha çox yaşayır? ". "National Geographic" jurnalına müsahibə verən Buetnerin gəzdiyi yerlər sırasında Yunanıstan, Nikaraqua və Yaponiya olub. SİA sizə Buetnerin dərin araşdırmaları nəticəsində əldə etdiyi məlumatları təqdim edir.
Buetnerin gəldiyi nəticəyə görə dünyanın ən uzunömürlü insanları Yaponiyanın Okinava adalarında yaşayır. Bu əraziyə "Mavi Bölgə" adı verilib.
Okinava sakini Kame Ogida 89 yaşında

"Mavi Bölgə" haqda məlumat verən Buetner bildirib ki, buradakı insanların hamısı uzunömürlüdür və sağlam həyat tərzi keçirirlər. Onun sözlərinə görə bu insanlar yer üzündəki ən sağlam və uzun ömür sürən insanlar hesab olunur. Belə ki, insanların yaşadığı yer onların həyat tərzinə və yaşına birbaşa olaraq təsir edir.
Buetner deyib ki, Yunanıstanın İkaria adası "insanların ölməyi unutduğu yer" kimi səciyyələnir. Bu bölgə Aralıq dənizinin mərkəzində Türkiyə yaxınlığında Sisam adasının yaxınlığında yerləşir.
İkaria adası

Burada insanlar ortalama yaşdan 8 il daha çox yaşayırlar. Ən əhəmiyyətlisi isə bu insanların çoxunun zəka səviyyəsinin ölənə qədər eyni səviyyədə qalmasıdır. İkariada insanlar qidalarına çox böyük diqqət yetirirlər. Buetner bildirib ki, qəribə də olsa bu yerin sakinləri çoxlu kartof yeyirlər. İnsanlar paxladan çox istifadə etdiklərinə görə burada paxla istehsalına böyük diqqət ayrılır. İkariada ən maraqlı bitki növü isə "horta"dır. Bu ot növü salatlarda istifadə edilir. Bu adanın əhalisi şərabdan geniş şəkildə istifadə edirlər. Belə ki, onlar həftənin 5 günü günorta vaxtı 30 dəqiqə yuxulamağı vacib sayırlar. Bu ürək xəstəlikləri riskini də azaldır. Şərabdan istifadə isə normasında olmalıdır.
Beutner orada yaşayan 90 və 100 yaşlı sakinlərlə söhbət aparıb. Onlar istirahət vaxtlarını bağçada keçirir, güllərə baxır və ya kiçik təsərrüfatla məşğul olurlar. Eyni zamanda həyatlarını mexanikaya və maşınlara bağlı şəkildə keçirtmirlər. Onlar çörəyi əldə yoğururlar. Bütün bunlar zəhmətli olsa da bunu bacarırlar və məhz buna görə də burada yaşayan insanların çoxu 100 yaşı başa vura bilirlər.
Onun araşdırma apardığı Okinava adasında insanlar qidalarında daha çox bitkilərdən istifadə edirlər. Bu adanın Yaponiya ərazisində yerləşməsinə baxmayaraq burada balıqdan az, şirin kartofdan isə çox istifadə edilir.
Buetnerin fikrincə ətrafındakı insanlarla daha çox ünsiyyət quran şəxslər daha uzun ömür sürür. Buetner bildirib ki, insanlarla az ünsiyyət quran şəxslər onlara nisbətən daha az yaşayır.
Buetnerin sözlərinə görə, heyvan mənşəli qidalar və ayaqüstü yeməklər insanların sağlamlığına zərər vurur və bu qidalar xərçəng xəstəliyinə yol açır. Buetner araşdırma apardığı ərazilərdə xüsusilə də Yaponiyada lobyanın daha çox yeyildiyini bildirib. Belə ki, bu bölgələrdə insanlar mütəmadi olaraq lobyadan istifadə edirlər. Araşdırmalar göstərir ki, lobya yemək zərərli maddələri bədəndən xaric edir. Hətta bu bölgələrdəki restoranlarda belə sağlam qidalara üstünlük verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB