Müharibədən qara kağızı gələn iki dostun əkdiyi çinarın - Hekayəsi VİDEO

Müharibədən qara kağızı gələn iki dostun əkdiyi çinarın - Hekayəsi VİDEO

Olduqca təsirli bir hadisəni sizinlə bölüşəcəyik. Təsəvvür edin iki dostun İkinci Dünya Müharibəsinə getməzdən əvvəl əkdiyi çinarlar indi müqəddəs məkana çevrilib. Tanınmış şair Mirvari Dilbazi bu çinarlara şeir ithaf edib. Həmin dostların müharibədən qara kağızları gəlib. Amma 76 yaşlı çinarlar sanki hələ də onların yolunu gözləyir.

Yazılı çinar, əhdli çinar, qoşa çinar. Müxtəlif adları olsa da sakinlərin qürurla andığı, gənclərin isə dostluq simvoluna çevrilən bu qoşa çinarlar həm də müqəddəs bir ünvan kimi tanınır.

İki dost tərəfindən əkilən bu çinarlar düz 76 ildir ki zamanın hər üzünə tab gətirir, yaşayır. Hətta Faxralı arxının ağırlığını da öz çiyinlərində daşıyır. Bir əsirdən çox yaşı olan bu körpü də elə çinarların sayəsində duruş gətirə bilir.

Qoşa çinarlar yerli sakinlərlə yanaşı kəndə gələn qonaqların da diqqətini çəkir və onlar tərəfindən maraqla qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə