Yaponiyada yarış motosikleti sürə bilən bir robot istehsal edilib. "Motobot" adı verilən robot motosikleti insan kimi idarə edir. Üstəlik hər hansı göstərişə də ehtiyac duymur.
Robot qaz pedalına basıb yeri eşir, sürət ötürücüsünü dəyişdirir.
Bu robot insan kimi yarış motosikleti sürə bilir.
Robotu yaponlar istehsal edib. "Motobot" adı verilən robot yeni istehsal edilən motosiklet modellərinin sınaqlarında istifadə edilib.
Motobot motosikleti heç bir göstərişə ehtiyac qalmadan idarə edir. Bu onun üzərindəki sürət və məkan sensorları ilə mümkün olur.
Motosikletin robot sürərkən döngələrdə aşmaması üçün dəstək təkərləri də var. Ancaq mühəndislər dəstək təkərlərin yerinə başqa bir sistem yerləşdirmək istəyirlər.
"Motobot"un qarşıdakı günlərdə daha da inkişaf etdirilərək sürətinin saatda 200 kilometrə çatdırılması hədəflənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB