Dünyanın ən varlı ölüsü VİDEO

Məşhur "Forbes" jurnalının apardığı araşdırma nəticəsində əfsanəvi müğənni Maykl Cekson ən varlı ölülər siyahısında ilk pillədə qərarlaşıb. Pop kralının sağlığında özünün yazdırdığı və ölümündən sonra fanatlarının sayəsində ərsəyə gələn albomlardan gələn gəlir 1 ildə 115 milyon dollar təşkil edib.

Siyahının ikinci pilləsində isə 55 milyon dollar gəlirlə rokn-roll kralı Elvis Presli qərarlaşıb.

Amerikalı rəssam-karikaturaçı Çarlz Şultsun satışda olan əl işlərinən gələn illik gəlir isə 40 milyon dollar təşkil edib.

Siyahının növbəti pilləsində əfsanəvi Bob Marley qərarlaşıb. Onun varisləri il ərzində nə az, nə çox 21 milyon dollar gəlir əldə ediblər.

Beşliyi illik 20 milyon dollar gəlirlə amerikalı aktrisa Elizabet Teylor tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə