Köklüyü ilə dünyanı şoka salan meksikalı Andres Moreno deyəsən yaxın zamanlarda arıqlamağı ilə hər kəsi təəccübləndirmək niyyətindədir. Ən azından bunun üçün ilk addım artıq atılıb. Andres əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb.
37 yaşlı Andresin hazırda çəkisi nə az, nə çox 453,3 kiloqramdır.Təbii ki, bu çəki Meksika sakininin səhhətində ciddi problemlərə yol açır. Hərəkət edə bilməyən, bütün günü yataqda olan, illərdir evdən çölə çıxa bilməyən Andres nəfəs belə almaqda çətinlik çəkir. Bu səbəbdən də həkimlər onu əməliyyat etmək qərarına gəliblər. Əməliyyat nəticəsində Andres Morenonun mədəsinin 70 faizi və nazik bağırsağının bir hissəsi kəsilib götürüləcək.
Əməliyyatın uğurlu keçəcəyinə ümid edən Andres Moreno normal həyata qayıda bilmək üçün əlindən gələni əsirgəməyəcəyinə də söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB