Ramzan Kadırov bacısı ilə birlikdə general oğlunun toyunda VİDEO

Ramzan Kadırov bacısı ilə birlikdə general oğlunun toyunda VİDEO

Çeçenistan lideri Ramzan Kadırov bacısı Zulay Axmetlə birlikdə toy mərasimində iştirak edib. Çeçen lider öz "İnstagram" səhifəsindən İmam Taymasxanova və Elin Buxadjievoyun toyundan görüntü paylaşıb. Bəyin dini mühitdə, imanlı ailədən olduğunu yazan Kadırov sözlərinə belə davam edib: "İmamın atası general Masxud Taymasxanov və anası Petimat ləyaqətli uşaqlar böyüdüb. Sirr deyil ki, ana uşaqların tərbiyəsində böyük rol oynayır. Petimat bu rolun öhdəsindən çox yaxşı gəlir. Belə toylarda özünü əla hiss edirsən. Mənə çox xoşdur ki, toy bizim milli ənənələrimizlə uyğun təşkil edilib. Mən İmama və Elinə xoşəxtlik arzu edirəm!"

baku.ws

Bütün xəbərlər Facebook səhifəmizdə