Amerika alimləri müəyyən ediblər ki, adamlar pendirdən narkotik asılılığı hiss edə bilərlər. Məsələn, pitsa məşhurluğuna görə məhz pendirə borcludur, çünki o narkotik kimi öyrəşməyə səbəb ola bilir. Newsland.com saytı xəbər verir ki, Miçiqan və Kolorado universitetlərinin mütəxəssisləri təqribən 500 tələbənin qida meyillərini öyrənərək qidaların yaratdığı asılılığı qiymətləndiriblər.
Müəyyən olunub ki, ən çox asılılığa texnolojı emala məruz qalan yağlı yeməklər səbəb olur. Məsələn, pitsa tərkibindəki kazein zülalına görə güclü asılılıq yaradır. Həzm sistemində opiata oxşar, kazonorfin maddəsini fəallaşdırır.
Dietoloq Kemeron Uells deyib: "Kazomorfinlər həqiqətən də dofamin reseptorlarla uzun müddət qarşılıqlı təsirdə olur və asılılığı formalaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB