Putin sürət həddini aşdı FOTOLAR

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən Valday Klubu Toplantısının yekun iclasına "AvtoVaz" markalı avtomobilin "Lada Vesta" modeli ilə gəlib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bazara çıxarılacağı an maraqla gözlənilən avtomobil ilk dəfə Putin tərəfindən test edilib.

Putin test sürüşü zamanı sürət həddini aşdığını bildirib: "Gəldiyimiz yollarla bağlı olaraq sürəti 30-40 arasında saxlamağa çalışırdım. Lakin etiraf etməliyəm ki, mən bir az sürət həddini aşdım".

Bütün xəbərlər Facebook səhifəmizdə