NASA qara dəliyin ulduzu necə parçaladığını müşahidə edib VİDEO

NASA qara dəliyin ulduzu necə parçaladığını müşahidə edib VİDEO

Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA,"PGC 043234" adı verilən qalaktikanın mərkəzindəki qara dəliyin, kütləsi Günəşdən bir neçə milyon qat daha çox olan bir ulduzu necə parçaladığını müşahidə edib. Qara dəliyin fövqəladə cazibə qüvvəsinə qarşı dayana bilməyərək parçalanan və "Qara dəlik" tərəfindən udulan ulduz, kosmosa X-ray şüaları yaymağa başlayıb.

Kosmik hadisənin ardından kosmos boşluğuna saçılan şüalar, "Chandra X-Ray" rəsədxanası, "Swift Gamma-ray Burst Explorer" və "XMM-Newton" teleskopları tərəfindən təsbit edilib.

Aparılan araşdırmada iştirak edən Michigan Universitetinin professoru Jon Miller, kosmik hadisə ilə bağlı açıqlamalar verib: "Bu kosmik hadisədən sonra ulduzun qalıqları milyonlarla dərəcəyə qədər isinir və böyük miqdarda "X-ray" şüaları meydana gəlir. Bu kosmik hadisənin araşdırılması nəticəsində məlum oldu ki, kosmosa yayılan qazlar, qara dəliyin ətrafında eliptik bir orbit izləyir. "ASASSN-14" olaraq adlandırılan bu kosmik hadisə sayəsində qara dəliklər haqqında yeni məlumtlar əldə edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə