Türkiyəyə müalicəyə getdi təcavüzə məruz qaldı

Türkiyəyə müalicəyə getdi təcavüzə məruz qaldı

Samsunda Azərbaycan əsilli qadını cinsi istismara məruz qoyan və insan alveri ilə məşğul olduqları iddia edilən 1 qadın və 3 şübhəli saxlanılıb.

Saxlanılan Azərbaycan əsilli qadının bir uşaq anası olduğu məlum olub. Həyat yoldaşından boşanan A.C (27 yaş) müalicə üçün Samsuna gəlib. A.C Cümhuriyyət meydanında otelə getmək üçün taksiyə minib. Sürücü isə ona pulsuz qalmaq üçün yer təklif edib. Qadını evə aparan sürücü 2 gün ərzində dostu ilə ona təcavüz edib. Bundan sonra qadın polisə şikayət edib.

Samsun polisi hadisə ilə əlaqədar taksi sürüçüsü B.A(35 yaş) ilə oteldə işləyən M.S-nı (36 yaş) nəzarətə götürüb.

Dindirilmə zamanı Azərbaycan əsilli olduğu iddia edilən L.H adlı qadın da saxlanılıb.
Samsun Ədliyyəsinin çıxardığı qərara görə 3 nəfər cinsi istismar və insan ticarətinə görə Samsun Qapalı Cəzaçəkmə müəssisəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə