İradəli qadın 230 kiloqram arıqladı VİDEO

İradəli qadın 230 kiloqram arıqladı VİDEO

"Mütləq arıqlamalıyam" deyib qarşısına məqsəd qoydu. Bir vaxtlar dünyanın ən kök insanı kimi adını Ginnesin Rekordlar kitabına yazdıran 38 yaşlı qadın heç bir cərrahi əməliyyat olmadan yalnız pəhriz və idman sayəsində 230 kiloqram arıqlayaraq hər kəsi təəccübləndirməyi bacardı

Bir vaxtlar köklüyü ilə ətrafında olan hər kəsi heyrətə gətirən, hətta dünyanın ən kök insanı kimi adını Ginnesin Rekordlar kitabına yazdıranKatrina Raydford... O yenə hamını heyrətləndirib. Bu dəfə 12 ildə 230 kiloqram arıqlamaqla.

Katrina 12 yaşından sürətlə kökəlməyə başlayıb. İllər keçdikcə vəziyyət elə bir həddə çatıb ki, o, hətta evindən çölə belə çıxa bilməyib. Arıqlamağa cəhd göstərsə də, heç cür iştahına güc gələ bilməyib. 2003-cü ildə Katrina Raydfordun tənəffüs sistemində problemlər yaranır və həkimlər onu xəstəxanaya apara bilmək üçün evin bir divarını dağıtmaq məcburiyyətində qalırlar. Elə bu hadisə onun "mütləq arıqlayacam" deyərək qarşısına məqsəd qoyması ilə nəticələnir. Pəhriz saxlamağa və idmanla məşğul olmağa başlayan qadın 12 il ərzində 230 kiloqram arıqlayır.

Mən indi özümü daha rahat hiss edirəm. Yatağa bağlı deyiləm, gəzə, qaça bilirəm.

Hazırda çəkisi 203 kioqram olan Katrina Raydford bunun hələ son olmadığını və yenə arıqlayacağını deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə