ABŞ-ın "Nyu-York" klubunda çıxış edən Mayk Qrella "Filadelfiya" ilə görüşdə ölkə çempionatının ən sürətli qoluna imza atıb. Qrella 7-ci saniyədə hesabı açmağa müvəffəq olub.
Bununla da, 28 yaşlı futbolçu ABŞ liqasında ən erkən qolun müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, daha öncə ABŞ liqasında ən erkən qol 8-ci saniyədə qeydə alınıb. 2013-cü ildə "Nyu-York" klubunun avstraliyalı futbolçusu Tim Keyhil "Dinamo Hyuston"la görüşün 8-ci saniyəsində fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB