318 min xərcləyib Barbi və Ken oldular

318 min xərcləyib Barbi və Ken oldular

Özlərini Barbi və Ken kuklalarına bənzətmək istəyən, bunun üçün çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalan, yüz minlərlə dollar xərcləyib zahiri görkəmlərini dəyişənlərin sırasına daha iki nəfər əlavə olunub. Fransada yaşayan Anastasiya Reskoss və Kventin Deharın dediklərinə görə, ən böyük arzuları Barbi ilə Kenə zahirən tam bənzəməkdir. İkili plastik cərrahiyyə əməliyyatlarına indiyədək 318157 dollar xərclədiklərini söyləyib.

20 yaşlı Anastasiya Reskoss Parisdə, 23 yaşlı Kventin Dehar isə Marsel şəhərində yaşayırdılar. Onlar 2013-cü ildə evləniblər.

Dediklərinə görə, Barbi və Kenə bənzəmək üçün indiyədək 15 plastik cərrahiyyə əməliyyatı keçiriblər.

Əməliyyatların hamısını onların valideynləri maliyyələşdiriblər.

Kventin iş adamıdır, onun mobil telefon satışları ilə məşğul olan iki dükanı var.

"2013-cü ildə Sen-Tropedə yaxtada keçirilən ziyafətdə tanış olduq. İlk baxışdan Anastasiyaya vuruldum. Onu da anladım ki, ikimiz də plastik cərrahiyyə əməliyyatlarını sevirik. Valideynlərimiz də hobbimizə etiraz etmirlər. Onlar bizi Barbi və Ken adlandırırlar", - Kventin deyib.

Anastasiyanın dediyinə görə, evdəki kukla kolleksiyasında 112 Barbi var.

"Uşaq yaşlarımdan Barbini sevirdim. Həmişə bu kuklaya bənzəməyi arzulayırdım. Sinif yoldaşlarım da çox gözəl olduğumu deyirdilər. Onu da arzulayırdım ki, ailə quracağım insan Kenə bənzəsin, Ken təki təyyarəsi, evi, kabrioleti olsun. Hələlik arzuma qismən çatmışam", - Anastasiya söyləyib.

milli.az

Bütün xəbərlər Facebook səhifəmizdə