"Hamilə olsam da, məşqlərə fasilə vermək niyyətində deyiləm. İdman həyatımdır. Həyatımda isə ciddi dəyişikliklər üçün heç bir lüzum görmürəm". Avstraliyanın Qold Kost səmtində yaşayan fitnes məşqçisi Revi Ceyn Şults hamiləliyin 16-cı həftəsindədir. Buna rəğmən o, məşqlərinə ara vermir. Hətta o, ştanq da qaldırır. SİA Daily Mail-ə istinadən bildirir ki, Şults 40 kiloqramlıq ştanqı qaldıraraq məşq etdiyi anların videosunu "İnstagram"dakı profilində paylaşıb.
Video birmənalı qarşılanmayıb. Şultsu tənqid edənlər, bətnindəki körpənin həyatını və sağlamlığını təhlükəyə atdığını yazanlar çoxdur.
Revi isə belə tənqidlərə fikir vermir.
"O internet xuliqanlarının dedikləri və yazdıqları önəmli deyil. Önəmli olan sağlam həyat tərzidir. Əminəm ki, körpəm də sağlam doğulacaq", - Revi Ceyn Şults deyib.
Amerikalı fitnesçi Sofi Quidolin də hamilə olmasına rəğmən, məşq etdiyi üçün tənqidlərə məruz qalmışdı.







.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB