Varlı ərəb şeyxlərinin Azərbaycanda ov macəraları davam edir FOTOLAR
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. SİA-nın məlumatına görə, Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər çox guman ki, "Qırmızı Kitab"a düşən nadir canlıları ovlamaqla məşğul olublar.
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.
Xatırladaq ki, hələ bir neçə gün öncə ərəb milyarderlər Saatlı rayonuna gəlmişdi. Azərbaycan artıq ərəblər üçün ov məkanına çevrilib. Hər il ölkəmizə baş çəkən zəngin ərəblər ölkəmizdə küllü miqdarda pul xərcləyir, lüks evlər kirayələyir və istirahət edirlər.




































Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB