"Mobil telefon murdarlıq, internet ayaqyoludur, hamımızı məhv edir"

"Mobil telefon murdarlıq, internet ayaqyoludur, hamımızı məhv edir"

Dünyanın ən ekstravaqant müğənnilərindən biri, amerikalı Ledi Qaqa qarajındakı avtomobillərin sayını artırıb. O, daha bir "Rolls Royce" alıb.
SİA-nın Daily Mail-ə istinadən verdiyi məlumata görə, 29 yaşlı müğənni dünən Qərbi Hollivuddakı dəbdəbəli "Chateau Marmont" restoranını yeni aldığı, ağ rəngli "Rolls Royce"da tərk edib.

Əsl ad və soyadı Stefaniya Cermanotta olan müğənni "Billboard" jurnalına müsahibə də verib.
"Mən depressiyadayam. Yorulmuşam. Boş söhbətlərdən, istedadsız insanlardan, maraqsız şoulardan. Həyat şoudur, bilirəm. Amma həyatımız belə ucuz şou olmamalıdır. Özümü kədərli hiss edirəm. Baxın, hamının əlində mobil telefon və hamı sürəkli olaraq o telefonlara baxır. Uşaqlarla valideynləri arasında ünsiyyət minimuma enib. Uşaqlar özlərini, sanki, təcrid olunmuş kimi hiss edirlər. Üstəlik də internet. İnternet ayaqyoludur, çirkabdır. Oradakı murdarlıqlar, iyrəncliklər arasında oxumaq üçün nəsə yaxşı bir mətn tapmaq çox çətinləşib. Mobil telefon murdarlıqdır. Uşaqlar oynamaq, deyib-gülmək əvəzinə bütün günü mobil telefonun ekranına zilləniblər" - deyə, Ledi Qaqa bildirib.

Müğənninin məşhur həmkarı Elton Conla birlikdə fotosunun da yer alacağı Billboard-un yeni sayı oktyabrın 24-də satışda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə