Çinin Yuntay adlı parkında istifadəyə verilən şüşə körpü bağlanıb. Buna səbəb turistlərdən birinin əlində olan dəmir termosun yerə düşməsi nəticəsində körpünün çatlamasıdır. SİA-nın məlumatına görə, cəmi iki həftə bundan əvvəl açılan və 260 metrədək yüksəklikdə qayalıqların ətrafına çəkilən körpü indi təmirə bağlanıb.
Hadisə şahidi olan turistlərdən birinin dediyinə görə, həmin yerdə olarkən bir anda cingilti eşidib və ayağınını altından körpünün qaçdığını hiss edib. Bundan sonra hadisə yerinə park əməkdaşları gəlib. İnsanlar təlaş içərisində qışqırıb və bir birlərini itələyərək şüşənin sındığı ərazidən uzaqlaşmağa çalışıblar. Sonradan məlum olub ki, turistlərdən biri əlindən yerə ağır metaldan olan termos salıb. Nəticədə üç qat olan şüşənin birinci hissəsi sınıb. Turistlər dərhal hadisə yerindən evakuasiya olunub.
Təmirin nə qədər çəkəcəyi məlum deyil. Park rəhbərliyi isə təhlükəsizliklə bağlı məsələlərə yenidən baxılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB