Sürücüsüz avtomobillər istifadəyə verilir FOTOLAR

Sürücüsüz avtomobillər istifadəyə verilir FOTOLAR

Kanadanın Ontario əyalətində icad olunan sürücüsüz avtomobillər gələn il bazara buraxılacaq. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bu, avtomobillərin istehlak olunması ilə həm ölkə ərazisindəki tıxacları və qəzaların sayını azaldacaq, həm də maliyyə cəhəttən qənaətə yol açacaq.

İlkin məlumata görə, bu maşınların istehlaka buraxılması Kanada iqtisadiyyatına ildə 65 milyard dollar qazanc gətirəcək.

Ontario əyalətinin Nəqliyyat naziri Stiven Del Duka Vaterlo şəhərində çıxış edərək bildirib ki, avtomobilin bazara buraxılması 2020-ci ilə planlaşdırılmışdı, lakin artıq 2016-cı ilin 1 yanvar tarixindən avtomobilləri bazarda görə bilərsiz.

Eyni zamanda nazir Vaterlo Universitetinin "WAVELab" təsisində istehsal olumuş sürücüzüz avtomobillərin müvəffəqiyyətlə testdən keçdiyini söyləyib və qeyd edib ki, bu layihəyə 500 min dollar maliyyə dəstəyi verəcək.

Dukanın sözlərinə görə, Kanadada istehsal olunan bu avtomobillər dünyada ilk sürücüsüz avtomobil olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə