Bu qış hamımız... VİDEO

Bu payız və qış fəsillərində yayılan qrip virusları daha mülayim xarakterli olacaq. Bu barədə rusiyalı mütəxəssislər bildirib. Onların sözlərinə görə, bu il qrip viruslarında mutasiya elementləri müşahidə edilmir. Üstəlik insanlar qripə bir qədər gec, qışın ortalarında tutulacaq və xəstəliyi yüngül keçirəcəklər.

Əsasən B tipli qrip virusları daha çox yayılacaq. Bu cür qripə immuniteti yüksək olan insanlar tutulmur. Ötən il mutasiyaya uğrayan H3N2 virusu bu il əhalinin 10 faizindən də aşağı hissəsini əhatə edə biləcək.

Uşaqlar arasında isə əsasən qrip xarakterli olmayan, soyuqdəymədən yaranan və qızdırma verən başqa viruslar yayılacaq. Rus mütəxəssislər deyir ki bu virusların qriplə bir əlaqəsi yoxdur. Onlarda qripin əlamətləri də müşahid edilmir. Bu cür qrip növləri əsasən 2 yaşına qədər olan uşaqlar üçün daha təhlükəli sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə