Kamera zarafatları ilə bütün dünyada məşhurlaşan Roman Etvudun növbəti qurbanı bu dəfə öz həyat yoldaşı olub. Oğlunu da kamera zarafatına alət edən Etvud, övladını mini avtomobillə ölümə göndərib. Ən azından həyat yoldaşı Britni vəziyyəti bu cür anlayıb.
Britnidən xəbərsiz həyətin dörd bir yanına kameralar yerləşdirən Roman Etvud, mini avtomobildə oynayan oğlu ilə vaxt keçirir. Bu vaxt baş verəcəklərdən xəbərsiz olan Britni öz avtomobilinə doğru gedir. Oğlunu tez başqa maşında gizlənməyə göndərən Etvud, mini avtomobilin sükanı arxasına övladı ilə eyni boyda olan maket yerləşdirir. Bundan sonra baş verənlər Britniyə həyatının şokunu yaşadıb.
Oğlunun partlayışda öldüyünü düşünən Britni uzun müddət özünə gələ bilməyib. Hər şeyin kamera zarafatı olduğunu öyrənəndə isə Roman Etvuda çox əsəbiləşib.
Onu da qeyd edək ki, Roman Etvud Britninin əsəblərini oğlu ilə sınağa ilk dəfə çəkmir. Ötən il oğlu ilə eyni geyimdə olan uşaq maketini ikinci mərtəbədən aşağı atan Etvudun həmin kamera zarafatı on milyonlarla insan tərəfindən maraqla izlənilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB