Toyumuzun səsi türk mediasından gəldi VİDEO

Toyumuzun səsi türk mediasından gəldi VİDEO

Azərbaycanda bir toyda bəyin gəlini vurması haqda internetdə yayılan video Türkiyə mediasında da rezonans doğurub. SİA-nın məlumatına görə, Türkiyənin "Hüriyyət" qəzetinin saytı sözügedən video haqqında xəbər yayıb. Xəbərdə deyilir: "Azərbaycanda bir toyda gəlinin tort azarafatı kürəkəni çox qəzəbləndirdi. Azərbaycan toylarının əvəzolunmazı olan tort mərasimində, kürəkən çəngəl ilə gəlinə tortdan yedirtdi. Eynisini gəlindən gözləyən kürəkən, gəlinin bir neçə dəfə çəngəli ağzına yaxınlaşdırıb geri çəkməsi ilə əsəbləşdi. Əsəblərinə hakim ola bilməyən kürəkən, gəlinin əlinə vurdu. Video görüntülər toya qatılan şəxslər tərəfindən anban çəkilib".

Qeyd edək ki, sözügedən videonu "Hüriyyət"dən başqa, "Cihan" xəbər agentliyi, "Milliyyət" qəzetinin saytı və bir çox məşhur türk saytları da yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə