Ərinin tərbiyəsizliyini kameraya çəkdi VİDEO

Ərinin tərbiyəsizliyini kameraya çəkdi VİDEO

Səudiyyə Ərəbistanında gizli kamera ilə ərinin tərbiyəsizliyini çəkən və sonra da bu videonu sosial şəbəkələrdə paylaşan qadını ağır cəza gözləyir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə Dəmmam şəhərində baş verib. Ərinin şorgözlüyündən, evdəki qulluqçu qadınlara sataşmasından və onları tovlamağa çalışmasından bezən qadın mətbəxə gizli kamera qoyub.

Kişi axşam saatlarında qulluqçu qadını qucaqlayıb öpməyə çalışanda, həyat yoldaşı baş verənləri kameraya çəkib.
Qadın ərinin bu "macəra"sının əks olunduğu videonu "YouTube" da paylaşıb.
Videonu çəkən qadını isə ağır cəza gözləyir.

Qeyd edək ki, o, ən yaxşı halda 500 min səudi rialı məbləğində cərimələnəcək, ən pis halda isə 1 il müddətinə həbs ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə